GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » "Mənimlə yatağa girmək istəyənlər var" - "Faytonçu" Nazimdən MARAQLI AÇIQLAMALAR

"Mənimlə yatağa girmək istəyənlər var" - "Faytonçu" Nazimdən MARAQLI AÇIQLAMALAR

Tarix: 15-03-2018, 16:49 Bölmə :Maqazin Baxış: 292
 "Mənimlə yatağa girmək istəyənlər var" - "Faytonçu" Nazimdən MARAQLI AÇIQLAMALAR


Tanınmış müğənni Nazim Pişyari (Faytonçu) "Ölkə.Az"-ın suallarını cavablandırıb.

- Nazim bəy, istərdim öncə yaradıcılığınızdan danışaq...

- İki yeni mahnı yazdırmışam. Bir Nadir Əzimovun Sabir Abdinovun sözlərinə yazdığı "Axtarma məni" mahnısıdır, digəri isə Rübabə Muradovanın ifasında eşitdiyimiz "Yandırdın qəlbimi" adlı mahnıdır. Bu mahnını balkan-ispan üslubunda aranjiman olunub. İsrailə, Rusiyaya məclislərə daha çox gedirəm və bu ölkələrdə balkan üslubu dəbdədir deyə, müəyyən mahnıları o stildə yazdırıram.

- Səhhətinizlə bağlı vəziyyət nə yerdədir?

- Müalicəm bitib, hər şey qaydasındadır. Hər kəs kimi normal qidalanıram, pəhriz saxlamıram.

- Həmin ərəfədə haqqınızda müxtəlif şayiələr dolaşdı. Hətta xərçəng xəstəliyindən əziyyət çəkdiyinizi deyənlər də var idi. Əslində səhhətinizdəki problem nədən ibarət idi?

- Öd kisəmdən əməliyyat olundum və əməliyyat düzgün aparılmadığına görə fəsad verdi.

- Ola bilərmi ki, məhkəməyə verdiyiniz həkimi bağışlayasınız?

- İş məhkəmədədir, bağışlayan da məhkəmə olacaq, əfv edən də, cəzalandıran da.

- İstərdim konsertdən danışaq. Belə bir planınız varmı?

- Bu il əlli yaşım tamam olur və illərdir ki, səhnədə olmağıma baxmayaraq, heç vaxt solo konsertim olmayıb. Bu il hesabat xarakterli solo konsert vermək istəyirəm. Oxumaq mənasında potensialım var, sadəcə, bunu təşkil etməyə maddi imkanım yoxdur. Bunu açıq etiraf edirəm. Zalın icarə haqqı, işləyən əməkdaşların məvacibi xeyli pul edir.

- Əgər konsert salonunu doldura bilsəniz, xərcləri ödəmirmi?

- Dəqiq məlumatım yoxdur. Amma bu il ya Yaşıl Teatrda, ya Muğam Mərkəzində, ya da Heydər Əliyev adına Sarayda konsert verəcəyəm. Cibimə baxıb qərarlaşdıracağam. Konserti pul qazanmaq məqsədilə etmirəm. Sadəcə, əlli yaşım tamam olduğu üçün tamaşaçılara hesabat vermək istəyirəm ki, neçə illərdir səhnədəyəm, oxuyuram, zövqünüzü oxumağa çalışıram və bu da mənim indiyə kimi eləyə bildiklərimdir.

- Amma bu faktdır ki, gənc ifaçılar Heydər Əliyev adına Sarayda solo konsert proqramıyla çıxış edirlər. Məsələn, bu yaxınlarda Talıb Talenin həmin məkanda konserti oldu. Bəs sizcə onlar maliyyəni haradan tapırlar? Konsert vermək riskdirmi?

- (qısa pauza) Əslində, riskdir. Bəzi həmkarlarım o səhnənin çəkisini dərk etmirlər. Dəfələrlə Heydər Əliyev adına Sarayda hansısa bayramda çıxışlar etmişəm. Orada oxuyanda dizlərim əsib. Oxuya-oxuya düşünmüşəm ki, bəlkə də Rəşid Behbudov, Şövkət Ələkbərova, Gülağa Məmmədov məhz burada dayanıb oxuyub, Heydər Əliyev boyda şəxsiyyətin burada andiçmə mərasimi olub. İndi mən bu səhnədə dayanmışam. Ürəyimdə Allaha yalvarmışam ki, mahnı tez qurtarsın, səhnədən çıxım. Bir dəfə görün nə baş verdi? "Yaşa, mənim xalqım"ı oxuyuram, ayağımla da ritmi-taktı tuturam. İkinci bənddə musiqi xırp dayandı. Yaxşı ki ayağımla taktı tuturam. Özümü itirmədim, davam elədim. Əgər ayağımla "hesab"ı vurmasaydım, aləm bir-birinə qarışacaqdı. Texnikadır da, dayandı. Camaat o qədər əl çaldı ki. Təxminən iki-üç ilin söhbətidir. Məndən sonra səhnəyə Faiq Ağayev çıxmalıdır. Səhnənin arxasında dedi ki, halal olsun sənə. Heç kimi ittiham etmək istəmirəm. Hər kəs istəyər ki, o sarayın səhnəsində konsert versin. Amma oranın səhnəsinə çıxanda hara çıxdığınızı dərk edin.
- Müsahibədən öncə sponsorlarla bağlı maraqlı məqama toxunmuşdunuz. İstərdim ki, həmin fikirlər müsahibəmizdə də getsin...

- Mənim hobbim spirtli içkilərin "probnik"lərini yığmaqdır, Xəyyam Nisanov kibrit qutuları yığır, Cavanşir Məmmədov avtomobil həvəskarıdır. Təsəvvür edin ki, himayədarım var və mənim də hobbim oxumaqdır. Mənə buraxılan vəsaitlə mahnı yazdırıram, oxuyuram. Bir var ki, bunu evdə özüm üçün oxuyum, bir də var səhnədə, efirdə oxumaq fikrinə düşürəm. Çəkdirdiyim klipi sosial şəbəkəyə buraxıram, ardınca isə efirə çıxıram. Həmin hobbi, həvəskarlıq səni peşəkar səhnəyə gətirib çıxarır. Əgər bu səndə yaxşı alınırsa, o başqa məsələ. Bizim nə günahımız var ki, bəzi ifaçılar öz həvəskarlıqlarını bizə, tamaşaçılara yedirtməyə çalışırlar. Axı nə günahımız var? Belə şeyləri səhnəyə sırımaq olmaz.

- Bir müddət əvvəl sosial şəbəkələrdə çox fəal idiniz. İndi vəziyyət necədir?

- Yenə də fəalam, yenə də tənqid edirəm, müəyyən mövzulara rəyimi bildirirəm.

- Bildirmişdiniz ki, sizə eşq etirafları olur. Hazırda əlli yaşın astanasındasınız. Yenə həmin etiraflar edilir?

- Axı mənə əlli yaş vermirlər. Kimə deyirəm ki, babayam, inanmır. Deyirlər ki, başında bir dənə ağ tük yoxdur. Bizim nəsildə saç tökülmə var, amma gec ağarır. Ona görə də belə etiraflar hələ də var. Mənimlə görüşmək istəyən də, üzr istəyirəm, yatağa girmək istəyən də var.

- Belə təkliflərə reaksiyanız necə olur?

- Səmimi cavab verəcəyəm və bəziləri kimi yalandan bloka qoyuram deməyəcəyəm. Kişisən, kişi kimi danış da. İnsanla ünsiyyətdə oluram, görürəm ki, məsələ o yerə çatır, xətrinə dəyməmək şərtilə aradan çıxıram.

- Bəs özünüzün münasibət qurmağa çalışdığınız xanımlar olur?

- Elə olanda ehtiramımı bildirirəm, yazıram ki, çox gözəl xanımsınız, sizin gözəlliyinizdən zövq alıram.

- Hiss etdiyim qədər çox səmimisiniz. Bu səmimiyyət sizə çoxmu problem yaradır?

- Bəlkə indi danışdıqlarım da mənə problem yaradacaq. Hər zaman göründüyüm kimi oluram, olduğum kimi görünürəm. Həyatda da beləyəm, efirdə də.

- Bəs evdən sizə deyirlərmi ki, bu qədər səmimi olma?

- İyirmi səkkiz ildir ki, həyat yoldaşımla ailəliyik. O məni başa düşür, anlayır. Anlamasaydı, biz çoxdan boşanmışdıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Faytonçu” Nazimə qoyulan xərçəng diaqnozu: Qalmaqallı analiz cavabları

    “Faytonçu” Nazimə qoyulan xərçəng diaqnozu: ...

    19-09-2017, 15:57

  • 
  • ​"Faytonçu" Nazimi əməliyyat edən həkimlə bağlı məhkəmə QƏRAR VERDİ

    ​"Faytonçu" Nazimi əməliyyat edən ...

    10-11-2017, 12:23

  • 
  • Faytonçu Nazimin həkimi: "Bunu ona əvvəlcədən demişdik"

    Faytonçu Nazimin həkimi: "Bunu ona ...

    20-08-2017, 16:38

  • 
  • "Faytonçu" Nazim onu səhv əməliyyat edən cərrahla məhkəməsindən danışdı: “Onu həbs gözləyir”

    "Faytonçu" Nazim onu səhv əməliyyat ...

    12-11-2017, 11:36

  • 
  • "Faytonçu" Nazimin şikayət etdiyi klinikada daha bir ölüm

    "Faytonçu" Nazimin şikayət etdiyi ...

    9-10-2017, 17:12


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu