“Space” TV-də yayımlanan “Onda başladıq” verilişində aparıcı ilə qonaq arasındakı mübahisədən sonra yeni qalmaqallı dönəm başlaşıb.
Söhbət Kamran Həsənli və +18 görüntüləri ilə gündəmdə olan Afaq Aslandan gedir. Belə ki, verilişdə aparıcının onun haqqında “müğənni olmaq istəyən Afaq” deməsi qonağın xoşuna gəlməyib. A.Aslan vəziyyətdən çıxmaq üçün Kamran Həsənlinin müğənni Samir Piriyevlə arasında olan “pul söhbətini” dilinə gətirib. Bununla özünü sudan duru çıxarmağa çalışıb. Lakin hamı Afaq Aslanın özünün hansı görüntülərlə və ya necə tanındığını çox yaxşı bilir.
İndi isə saytların bəzilərində elə Kamranın dediyi kimi “müğənni olmaq istəyən Afaq” haqqında əslində gülünc doğuran, amma ciddi xəbər kimi sırınan məlumatlar dolaşır. Guya kriminal aləmdə kifayət qədər nüfuza sahib olan “Lotu Quli” onunla münasibətdədir. Məlumatda konkret olaraq sevgili olduğu qeyd edilməsə də, lakin mesaj ötürülür. Üstəlik, onların şəkilləri yan-yana qoyulur. Bu xəbəri oxuyan Kamran Həsənli yəqin ki, belə deyər: “Qoymayın, ayə, üstümə İrasim gəler”. Təbii ki, onun sözü “Lotu Quli”yə deyil, Afaq Aslana olacaq. Çünki belə bir kriminal avtoritetin onunla birgə olması utopiyadır.
Kamran Həsənlinin nə dostuyuq, nə də yaxını. Sadəcə, onun ölkədə kifayət qədər tanınmış aparıcı olmağına kimsə şübhə etmir. Və ona yalnız və yalnız çılpaq görüntülərlə tanınan birinin “sizi heç tanımırdım” deməsi sözün bitdiyi andır. Ən azından o, ölkədə rep sahəsi sönük olan bir zamanda Elşad Xose və Hüseyn Dərya arasında böyük rəqabət yaradan aparıcıdır. Bir vaxtlar günlərlə şou aləmində bu iki şəxs haqqında danışılırdı. Bəli, bunu o “heç tanınmayan” Kamran Həsənli bacarıb. Afaq Aslanın Xocalı soyqırımı günündə açıq-saçıq şəkil paylaşıb daha sonra silərək “səhv” etdiyini deyib gündəmə gəlməyini də unutmamışıq. Hər halda Kamran Həsənlinin belə ucuz reklamlara əl atmağa ehtiyacı da yoxdur. Ki, “müğənni olmaq istəyən Afaq” aparıcının reytinq qazanmaq üçün qalmaqal yaratdığını düşünür.
Xatırladaq ki, saytımızda dərc edilən məqalələrin birində də Afaq Aslan barədə kiçik araşdırma etmişdik. Məlum olmuşdu ki, “Google”da müğənninin adını yazıb axtarış düyməsini tıklayarkən “Afaq Aslan yenə soyundu”, “lüt soyundu”, “tam soyundu” kimi video və xəbərləri ortaya çıxır. Mahnılarını izləyənlərin sayı isə heç 100 minə çatmır.
Əvvəlki yazıda qeyd etdiyimiz kimi, kiminsə soyunmağı bizə maraqlı deyil. Məsələ burasındadır ki, bu insan müğənni kimi təqdim olunur. Musiqi oxumaq isə incəsənət, mədəniyyət sahəsinə aiddir. Yalnız soyunmaqla yadda qalmaq müğənni olmaq demək deyil.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?