Müğənni-meyxanaçı Samirə Yusifqızı illər öncə qardaşına görə intihara cəhd edibmiş.
Sənətçi “Xəzər” televiziyasında Xoşqədəm Hidayətqızının aparıcılığıyla yayımlanan “Səni axtarıram” verilişində bu barədə danışıb. Onun sözlərinə görə, qardaşını sonuncu dəfə 1993-cü ildə görüb: “Ondan sonra qardaşımı görməmişəm. O mənim ata bir, ana ayrı qardaşımdır. Atam anamdan sonra onun anasıyla ailə qurdu və bir müddət bizdən uzaq düşdü. Mənim 17-18 yaşım olanda isə anamla barışdı. Sonradan həm o qadının, həm də bizim yanımızda qalırdı. Mən doyunca ata nəvazişi görməmişəm. İndi də qardaşımı axtarıram. Çünki yaş keçdikcə insan doğmalarına ehtiyac hiss edir”./ölkə.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?