Şou-biznesin tanınmış simaları ifaçılıq sənəti ilə yanaşı geyimləri, avtomobilləri və mənzilləri ilə də hər zaman maraq doğururlar. Müğənnilər bu dəfə “Xəzər” telekanalında yayımlanan “Star life” verilişinə açıqlamasında avtomobillərinin markasından və arzuladıqları maşından danışıblar: Müğənni Zamiq Hüseynov – Avtomobilimin markasını demək istəmirəm. Bəziləri onu bəyənməz, bəzilərinin isə almağa gücü çatmaz. Müğənni Rüfət Axundov – Son model BMW sürürəm. Əgər imkanım olsa, “Bentley” alacam. Müğənni Nadir Qafarzadə - “Chevrolet Malibu” sürürəm. 28 min manat qiyməti var. Kimdən əskik oğlanam, niyə də bahalı maşın sürməyim? Bəziləri var ki, başqasının maşınında çəkilişə gəlir, özünü göstərir. Müğənni Vasif Məhərrəmli – “Porsche” markasına vurğunam. Hazırda sürdüyüm avtomobil “Porsche Cayenne CPS”dir. Müğənni Roza Zərgərli – “Porsche Panamera Turbo” sürürəm. Pulum olsa, təyyarə alardım. Müğənni Xatirə İslam – Mənim avtomobilimin markası kimin nəyinə lazımdır? Sonra deyirlər ki, özlərini efirdə reklam edirlər. Hansı maşını sürdüyümü deməyəcəm.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?