Xəbər verdiyimiz kimi, Xalq artisti Flora Kərimova dünən Murad Arifin “Qızım” klipinin təqdimatında qızı Zümrüdlə birlikdə iştirak edib.
Sənətçi Murad Arifin layihəsindən təsirləndiyini gizlətməyib: “Kadrlar, mahnısının sözləri və musiqisi təsirlidir, ağlamamaq üçün özümü güclə saxladım. Qız övladı oğuldan daha sədaqətlidir. Məsələn, qızım xaricdə olanda mənimlə gündə iki dəfə zəng edib əlaqə saxlayır, oğlum isə bir dəfə. İstəyirəm ki, o da gündə iki dəfə zəng etsin. Hesab edirəm ki, qızı olmayan ailə sonsuzdur”. Daha sonra müğənni bildirib ki, bu fikri məclislərin birində dediyi üçün az qalsın ki, döyüləçəkmiş: “Məclislərin birində çıxış edirdim, “Qızı olmayan ailə sonsuzdur” dedim. Bir də gördüm ki, şkaf boyda qadın əlini belinə qoyub cumdu üstümə. Çox ac idim, fikirləşdim ki, süfrədə əyləşməyə dəvət edəcək. Sonra gördüm ki, tərs-tərs baxır. Dərzim yanımda idi, qorxudan ona tərəf çevrildim “Yenə nəyisə düz demədim, hə?” deyə soruşdum. Dərzim dedi ki, onların dörd oğlu var. Bir tikə də ağzıma qoymadım, dərhal çıxdım. Doğurdan da az qalsın döyüləcəkdim". Xalq artistinin qızı anası ilə olan münasibətindən də bəhs edib: "Mənim üçün Flora xanımı bir insan kimi analiz etmək həmişə çətin olub. Lakin onu deyə bilərəm ki, qardaşım da, mən də sevgi içində böyümüşük. Onun tərbiyə üsullarında bəlkə də sərt məqamlar olub. Bəzən bizi döyüb. Lakin əvəzində məhəbbət ötürüb. Hər uşaq döyülür, şərq mədəniyyətində bu, normal qəbul edilir. Təbii döyülməyin dərəcəsi var, aşırı dərəcədə döyülməmişik"./publika
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?