Müğənni Sərdar Ortaçın irlandiyalı xanımı, model Xloe Louqnan haqqında çıxan xəbərlərlə yenə gündəmdədir.
İki həftədir tanqalı bikini kataloq çəkilişləri üçün Mayamidə olan və uzun müddət Türkiyəyə dönməyi düşünməyən Xloenin Sərdarı aldatdığı iddia olunur.
Bildirilir ki, Louqnan ərəb şeyxinin oğlu ilə hər gün restoran və barlarda əylənir. Məsələyə Ortaçın nə deyəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, ötən gün kafelərdən birindən çıxarkən jurnalistlərin Louqnanın Mayamidə çəkilmiş cəsarətli pozları haqda suala Sərdar "Neyləyim, arvadım modeldir. Mən "Get, soyun" demirəm ki..." cavabını verib.
Xatırladaq ki, Xloe tez-tez İnstaqram səhifəsində seksual pozlarda şəkil paylaşır. Halbuki, bir müddət əvvəl Sərdar ona bu cür geyinməyi qadağan etmişdi.
Sorğu
Yeni dizaynımız necədir?