Məşhur Hollivud prodüseri Harvi Vaynşteyn növbəti dəfə məhkəməyə verilib.
Bu dəfə aktrisa Eşli Cadd prodüseri seksual xarakterli zorakılıqda ittiham edib. Bundan başqa iddia ərizəsində qeyri-etik rəqabət də qeyd edilib.
Vaynşteyn rejissor Piter Ceksona Eşli haqqında pis ifadələr, fikirlə bildirib. Bu səbəbdən aktrisa “Üzüklərin sahibi” trilogiyasında yer almayıb. Əslində isə Vaynşteyn onun seksual arzularını reallaşdırmayan aktrisadan intiqam alıb. Vaxtilə Vaynşteyn Eşlini otel nömrəsinə çağıraraq biznes müzakirə etmək istədiyini bildirib. Eşli isə məsələdən agah olduğu üçün otelə getməyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?