Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Nadir Əzimovla əməkdar artist Röya arasında növbəti məhkəmə prosesi baş tutub.
Bu bu dəfə də bəstəkar məhkəməni udub. Qeyd edək ki, bu Röya ilə N.Əzimovun dördüncü məhkəmə prosesidir. İlk dəfə bəstəkarın iddiası Xəzər Rayon Məhkəməsinin qərarına əsasən təmin edilib. Qərardan narazı qalan Röya qərardan Apellyasiya Məhkəməsinə şikayət edib. Yenə də iddiası təmin olunmayıb. Üçüncü dəfə Ali Məhkəmə işə baxmalı olub. Bu dəfə də uduzan Röya növbəti dəfə apellyasiya məhkəməsinə müraciət edib. Proses N.Əzimovun qələbəsi ilə bitib. Məsələyə aydınlıq gətirmək üçün bəstəkarla əlaqə saxladıq. Saytımıza açıqlama verən N.Əzimovun cavabı belə oldu: “Sağ olsun Azərbaycan məhkəmələri, ədalətli qərar çıxararaq, müəlliflik hüquqlarımı qorudu”./yenicag
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?