Müğənni Günel Ələkbərova ilə prodüser Tarix Əliyev (Tolik) arasınbda qalmaqal yaşanıb.
Günelin “Türkiyədə Zeynəb Xanlarova ilə Günel Zeynalovadanə başqa məşhurumuzu tanımırlar” sözlərinə Tolik sərt cavab verib. Onlar Axşam.az-ın İnstaqram səhifəsində paylaşılan yazının şərh bölməsində bir-birinin ünvanına tənqidlər səsləndiriblər.
Tolikin “Ay Günel, səni təki Bakıda tanısınlar. Hər çıxan kiməsə söz atır, özlərini heç Bakıda tanıyan yoxdur, o ki qaldı Türkiyədə... Yaman Türkiyəyə gedənlərin daşı ağır olub” sözlərinə Günel belə cavab verib:
“Ay Tolik, sən Allah bağışla, gələn dəfə mənə sual veriləndə cavab verməzdən əvvəl səndən icazə alaram, ağsaqqal... Deyirəm, hər mövzuda da ortaya atılmasan olmaz. Mən hər çıxan deyiləm, sən Almaniyada “qıy” vuranda, mən artıq müğənni idim. 2013-cü ildən... Azərbaycanda da yetərincə tanınıram və bəziləri kimi pullar töksəydim dünya ulduzu olardım. O ki qaldı başa daş düşmə məsələsinə.. Sən yaxşı bilrisən, mənim daşım necə ağırdır. Ona görə də üzümə gülüb məni çox yerlərdən burublar”.
Onun bu sözlərinə prodüserin də cavabı gecikməyib:
“Günel, sən hələ piar olunmağın yollarını öyrən ki, jurnalistlərə öz materiallarını yollayıb, paylaşmalarını xahiş etmə. İndi deyirəm, sən, nə vaxtsa ulduz olmusan. Birdə ki, mən sənin ətrafındakılardan fərqli olaraq, “qıy” vurmamışam. Anam Almaniyada yaşayır, mən isə cəmi iki il olmuşam. İndi Azərbaycandayam, 100 müğənnidən çox iş görmüşəm. Adım da bəziləri kimi lazımsız yerdə hallanmır. Məni bəzi prodüserlərlə səhv salma. Kimisə aparıb, kiminsə yanında yemək yeməmişəm”.
Qeyd edək ki, Günel açıqlamanı "Show time" verilişində vermişdi./axşam.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?