Braziliyalı əfsanə Ronaldinyo ilə bağlı gündəmə damğa vurulacaq bir iddia ortaya atılıb.
gundemxeber.az xəbər verir ki, futbolçu eyni vaxtda 2 qadınla birdən evlənmək fikrindədir. Məlumata əsasən, toy hazırlıqları artıq başlayıb və Ronaldinyo avqust ayında Prissilla Koelho və Beatriz Souza ilə nikah masasına oturacaq.
O da qeyd olunur ki, futbolçunun bacısı Deise qardaşının bu hərəkətinə qarşıdır və o, toyda iştirak etməyəcək.
Qeyd edək ki, idmançı Beatriz ile 2016-cı ildən, Prissilla ilə isə daha öncədən tanışdır. Bildirilir ki, Ronaldinyo sonuncu dəfə hər iki sevgilisi ilə səyahətə çıxmış və hər ikisinə eyni parfüm hədiyyə etmişdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?