ATV-nin prezidenti Vüqar Qaradağlı xalq artisti İlhamə Quliyevaya telekanalda qadağa qoyulması haqda xəbərlərə münasibət bildirib.
Axşam.az saytına açıqlamasında telekanalın rəhbəri bildirib ki, nalayiq ifadələrin işlədilməsi efir mədəniyyətinə uyğun deyil.
“Efirdə işlədilən hər bir sözə fikir verilməlidir. Biz tək müğənnilər yox, hər kəsi bundan xəbərdar edirik. Amma canlı yayımda bu cür gözlənilməz halların qarşısını ala bilmirik. İlhamə Quliyeva böyük sənətkardır, onun kimi müğənniyə qadağa qoymaq olmaz. Ümumiyyətlə, ATV-də hansısa sənətçiyə qadağa qoyulması təcrübəsi aradan götürülüb. Heç kimə qadağa yoxdur”.
V.Qaradağlının sözlərinə görə, baş verən bu və ya digər xoşagəlməz hallara görə Milli Televiziya və Radio Şurasından mövqe bildirilir: “Bu, normal haldır”.
Xatırladaq ki, xalq artisti İlhamə Quliyeva ATV telekanalında yayımlanan “Ümid var” verilişinin canlı yayımında “yemirəm, yedizdirirəm” ifadəsini işlədib. Sənətçinin bu sözləri etirazla qarşılanıb. Bir neçə millət vəkili bu ifadəyə görə müğənnini tənqid edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?