Xəstəxanaya yerləşdirildiyi deyilən xalq artisti Könül Xasıyevadan xəbər var.
gundemxeber.az Yenicag-a istinadən xəbər verir ki, sənətkar xəstəxanada deyil, evdə müalicə olunduğunu deyib: “Neçə gündür vəziyyətim yaxşı deyil. Xəstəxanaya getdim, iki-üç gündür sistem köçürürlər. Xəstəxanada qala bilmirəm. Ona görə də evə gəldim. İndi də evdə dava-dərman olunuram. Bir yandan təzyiq, şəkər, ürək döyüntüləri, bir yandan da sinir – hamısı bir-birinə qarışıb. Halım çox pisdir”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?