Danimarkada keçiriləcək "Eurovision-2014"ün dəqiq tarixi məlum oldu. Avropa Yayım Şurasının mətbuat xidmətindən bildirilir ki, bu barədə qərar bu gün Cenevrədə verilib. Beləliklə, yarımfinallar 6 və 8 mayda, final isə mayın 10-da keçiriləcək.
"Eurovision"ın supervayzeri Yan Ola Sand bildirib ki, Danimarkada müsabiqənin əsas yayımçısı olan "DR" şirkəti hazırda müsabiqənin hansı şəhərdə keçiriləcəyi məsələsini həll edir. Şirkətdən verilən məlumata görə, hazırda bu ölkənin üç şəhəri arasında seçim aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?