Azərbaycanlı iş adamı Türkiyənin məşhur aktrisası Özge Boraka əxlaqsız təklif edib.
Bu barədə aktrisa özü sosial şəbəkədə məlumat verib. O, Rusiyada yaşayan azərbaycanlı iş adamının göndərdiyi əxlaqsız mesajı “İnstagram” hesabında paylaşıb. Mesajda iş adamı aktrisaya 1 gecə keçirmək üçün 1 milyon dollar təklif edib. Aktrisa məsələyə belə şərh verib:
“Əslində təqibçilərimin göndərdiyi mesajları paylaşmıram. Əgər mesaj çox gülməli və yaxud çox vacib olduqda paylaşıram. Qadın ya kişi olmasından asılı olmayaraq, çalışıram ki, çoxuna cavab yazım. Ayrıca sevgi mesajları çox olur, sağolsunlar. Lakin bu həyasızlığa nə deyəcəyimi bilmirəm”./BAKU.WS
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?