“Fazilet Hanım ve kızları” serialında canlandırdığı Yağız obrazı ilə daha da məşhurlaşan aktyor Çağlar Ertuğrul sosial mətbuatda yayımlanan bir verilişə qonaq olub.
gundemxeber.az xəbər verir ki, aktyor izləyicilərin suallarını cavablayıb.
Bir izləyicinin “Qadın olsan, hansı xüsusiyyətini sevərdin” sualına aktyor “Qadın olsaydım lesbiyan olardım. Çünki kişilərdə nə tapırlar hələ də başa düşmürəm” cavabını verib. Çağlar 1987-ci ilin 5 noyabr tarixində İzmirin Karşıyaka rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra ali məktəbə daxil olub. 2011-ci ildə Koç universitetinin mühəndislik fakultəsindən məzun olub. Teatr ilə ilk dəfə universitet illərində tanış olub. Bir sıra filmlərə və seriallara çəkilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?