GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » Şou-biznes əhli: Kim kimə borcludur?

Şou-biznes əhli: Kim kimə borcludur?

Tarix: 10-07-2013, 01:03 Bölmə :Maqazin Baxış: 1 207
Şou-biznes əhli: Kim kimə borcludur?
“Alırlar, qaytarmırlar”

Borclu borclunun sağlığını istər, deyiblər.

Azərbaycan şou-biznesində də borclu olan məşhurlarımız yetəri qədərdir. Zaman-zaman mətbuatda kimlərinsə onlara, onların da kimlərəsə borclu olduğu barədə xəbərlər dolaşır. Bəzən iş o yerə çatır ki, borclu borcunun ödənməsi üçün məhkəməyə belə gedib çıxır.
Lent.az elə bu mövzuda araşdırma aparıb. Əslində bunu elə onların özündən soruşduq, öyrəndik: Kimin kimə, hara nə qədər borcu var? Kimlər onlardan borc alır?


Stilist Samiraldo (Samir Əliyev): “Mən xoşlamıram kimdənsə borca pul alım. Amma 2007-ci ildə özümə ev alanda bankdan pul götürmüşdüm. 57 min manat borcum qalmışdı. Hamısını ödədim. Məndən o qədər məşhurlar borca pul alıb ki? Amma hələ də alacağım var, amma verən yoxdur ki, yoxdur. Adlarını söyləyə bilmərəm. Çünki onlar mənim yaxın dostlarımdır.

Manaf Ağayev: “ Mənə çoxunun borcu var. Amma mənim kiməsə borcum yoxdur. Borcu olanlar 7-8 nəfərdir. Onların adını çəkə bilmərəm. Bircə onu deyə bilərəm ki, məndən borc pul alanlar kişilərdir. Eləsi var ki, 1-2 ay, eləsi də var ki, xeyli müddətdir ki, pul alıb, hələ qaytarmırlar. Mənim də elə vaxtım olub ki, dost-tanışdan pul almışam. Amma tez də qaytarmışam. Borclu qalmağı sevmirəm. Məsələn, hansısa əşyanı alanda, pulum çatmayanda, bir iş adamından pul almışam, sonra qaytarmışam.


Elza Seyidcahan: “Mən borc almıram. Kiməsə pul lazım olanda, pul istəyəndə, borc kimi vermirəm. Ona bağışlayıram. Çox olub ki, məndən pul istəyiblər, mən vermişəm. Necə deyərlər, sağ əlin verdiyini, sol əl bilməməlidir. Özümün kimdənsə borc almağım yadıma düşmür. Amma axırıncı dəfə toydan beh almışam. O da borc sayılmır”.

Cəmilə: “Borclu qala bilmirəm. Mən borc verdimsə, tez-tez zəng vurub pulumu istəyirəm. Xasiyyətim belədir. Alman dəqiqliyini sevirəm”.

Rəqqasə Fatimə Fataliyeva: “Mənim həyatda bir devizim var. Kiməsə borca pul verib pis olmaqdansa, verməyib pis olaram. O ki qaldı kimdənsə pul almağıma, şou-biznesdə olan insanlardan borca pul almaram. Bir tək rəqqas İlham Kərimlidən başqa. Olub ki, mən ondan pul alım, o məndən pul alsın. Amma bunu heç kəs bilməyib. Alıb, 2-3 günə qaytarmışıq”.

Nadir Qafarzadə: “Kiməsə pul verib pis olunca, verməyib pis olmaq hamısından yaxşıdır. Mən bu günə qədər bir çoxlarına borca pul vermişəm. Birinə 10 min, o birinə 5 min. Amma geri qaytarılmayıb. Guya dost olublar, məndən ərk edib pul alıblar. Amma pulumu istəyən zaman olmuşam pis oğlan. Adama deyərlər, pulu verəndə yaxşı idim, pulumu geri alanda pis? Mən də neçə vaxtdır özümə söz vermişəm ki, heç kimə pul verməyəcəm. Cibimdə pulum olsa da verməyəcəm. Bu günə qədər pul verib, insanları tanıdım. Artıq bəsdirr. Sizin sayt vasitəsi ilə də məni tanıyan insanlara müraciət edirəm ki, pula görə məni axtarmasınlar. Borca pul vermirəm.

Pişik Günel: “Bank yolu ilə özümə maşın almışam. Hal-hazırda özümün banka iki aylıq gecikmə ilə borcum var. Çox sağ olsunlar ki, mənə zəng edib narahat etmirlər. Bilirlər ki, verəcəm. Ödəyə bilməsəm, pulum olmasa, maşını satacam. Borcum ola-ola maşın sürmərəm. Amma borc istəməyə şou-biznesdə heç kimə ağız açmaram. Pul üçün mənə müraciət olunsa da, mən özüm onlara ağız açmaram”.

Prodüser Tolik (Tarix Əliyev): “Müğənnilərə zamin durub pul almışam. Mənim özümə elə də pul lazım olmur. Pula ehtiyacım olanda yaxın adamlara müraciət edə bilərəm. Onlar şou-biznesdə deyillər. Amma şou aləmindən kiməsə müraciət etmiş olsam, Murad Dadaşova, Ədalət Şükürova və başqa bir-iki tanıdığım insanlara müraciət edərəm. Hamıya ağız açmaram”.

Roza Zərgəli: “Məndən borc pul istəyirlər. Amma vermirəm. Sadəcə pulu istəyən adama hədiyyə edirəm”.

Elvin Abdullayev: “Mənim pula ehtiyacım olsa şou-biznesdən heç kəsdən borca pul almaram. Dostumdan ala bilərəm. İndiyə qədər hələ məndən borca pul alan olmayıb. Axırıncı dəfə sinif yoldaşımdan pul almışdım. Bir həftəyə də o pulu qaytardım”.

Almaz Ələsgərli: “Mənə borca pul lazım olanda dostlardan almışam. Amma şou əhlindən pul almağı sevmirəm. Amma məndən borca pul alan şou-biznes nümayəndələri olub. Alıb pulu qaytaranı da olub. Qaytarmayan da. Demişəm ki, pulumu qaytar. Deyiblər ki, olanda verəcəm. Məndə heç nə deməmişəm. Hələ də mənə borclu olanlar var”.

Firuzə İbadova: “Dost-tanışlar məndən borc ala-ala məni bu günə qoydular. Məndən 30, 20, 10 min manat alıblar, amma qaytarmayıblar. Hazırda özümün borcum var. Bilmirəm necə ödəyim. Çox pis vəziyyətdəyəm”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Masallıda borca görə bütöv qəsəbənin qazı kəsilib

    Masallıda borca görə bütöv qəsəbənin qazı kəsilib ...

    15-06-2016, 20:44

  • 
  • Masallıda borca görə bütöv qəsəbənin qazı kəsilib

    Masallıda borca görə bütöv qəsəbənin qazı kəsilib ...

    15-06-2015, 20:51

  • 
  • Masallıda borca görə bütöv qəsəbənin qazı kəsilib

    Masallıda borca görə bütöv qəsəbənin qazı kəsilib ...

    15-06-2015, 20:51

  • 
  • Masallıda borca görə bütöv qəsəbənin qazı kəsilib

    Masallıda borca görə bütöv qəsəbənin qazı kəsilib ...

    15-06-2015, 20:51

  • 
  • Masallıda borca görə bütöv qəsəbənin qazı kəsilib

    Masallıda borca görə bütöv qəsəbənin qazı kəsilib ...

    15-06-2015, 20:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu