Reper Anar Nağılbaz yaxın günlərdə ikinci dəfə ailə quracağı haqda xəbər verib.
GUNDEMXEBER.BİZ axşam.az-a istinadən bildirir ki, sənətçi həyatında sevdiyi xanım olduğunu söyləyib:
“Məlum söhbətlərə görə şübhəsiz axmaq kimi görünürəm. Amma heç nə elə deyil və bizə də lazım deyil. İnşallah, hər iş ailə zəminində həll olmalıdır. Qadınım var, xoşbəxt olmaq istəyirəm. Ona görə canımı qurban verərəm. Xoşbəxt olun”.
Qeyd edək ki, Anar ilk həyat yoldaşı Anjelika ilə qalmaqallı şəkildə ayrılıb. Onun bu nikahdan iki övladı var.
Bir müddət əvvəl sənətçinin intim videosu yayılmışdı. Reper görüntüləri keçmiş arvadının yaydığını iddia edirdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?