Adnan Oktarın cinayət təşkilatına qarşı aparılan istintaq çərçivəsində yeni bir qalmaqal üzə çıxıb. İstintaq zamanı ifadə verən bir şahid, təşkilatın qız gətirmə üzrə imamı Bora Yıldızın, gənc qızların necə tələyə salması məsələsində Oktardan tapşırıq aldığını deyib.
İfadə verən şahid bunları söyləyib: "Adnan Oktar davamlı olaraq qızların necə aldadılacağı ilə bağlı göstərişlər verir. Məsələn, təşkilatın qız gətirmə imamı olan Bora Yıldız, bizim yanımıza gəlib, daxili telefondan Adnan Oktara zəng edərək qızları necə tovlayacağı ilə bağlı məsləhə və göstərişlər alırdı.
“REKLAM ULDUZU EDƏCƏYİK” TƏLƏSİ
Təşkilata qız gətirmə məsələsində Bora Yıldız, Dolunay Tezinlə birgə hərəkət edir. İkisi də AVM-də dolaşır, gördükləri gözəl qızların yanına ilk olaraq Dolunay Tezin gedir və qıza çox gözəl olduğunu, özlərinin də reklam şirkəti olduğunu, istədiyi təqdirdə onu reklam şirkətinin şefi ilə görüşdürəcəyini deyir və qızın mobil telefonunu alır. Dolunay Tezin qızla anlaşaraq dost olur və etimadını qazanır. Daha sonra qızı Bora Yıldızın ofisinə gətirir və Yıldızı reklam şirkətinin müdiri kimi təqdim edir. Bora Yıldız burada qızla tanış olur və qısa müddətdə sevgili olar. Daha sonra təşkilata qız gətirmə məsələsində birlikdə hərəkət etdiyi təşkilat üzvləri Nadir Daban və Qartal Göydən ilə tanış edir. Qız təşkilatda 50-60 nəfərlə birlikdə olur və təşkilatın köləsi halına gəlir. Psixoloji və fiziki olaraq tənəzzülə məruz qalan qız artıq Adnan Oktara təqdim etməyə hazır vəziyyətə gətirilir.
“TV-də BƏYƏNİB, GƏTİRİN” DEYƏRDİ
Təşkilata qız gətirmə məsələsində Adnan Oktarın tam istədiyi tərzdə qızları gətirən adam Bora Yıldızdır. Adnan Oktar televiziyada gözəl aparıcı və diktorları görəndə dərhal "Bora bu qızı mənə gətirsin" deyərdi. Hətta bu şəkildə Bora Yıldız bir neçə spiker və diktorla sevgili də oldu".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?