Müğənni Roza Zərgərli və "Odlar yurdu" rəqs qrupu arasında qalmaqal yaranıb. Belə ki, sözügedən rəqs qrupunun rəhbəri ifaçını konsertində çıxış etdiyini və əvəzində ona söz verilən ödənişin edilmədiyi barədə açıqlama yayıb.
Hazırda ölkə xaricində istirahət edən R. Zərgərli isə ittihamlara sosial şəbəkədə aydınlıq gətirib. O, qrup rəhbəri ilə olan yazışmanı paylaşıb və məsələyə belə aydınlıq gətirib:
"Bütün saytlara və media dostlarıma üzümü tutub deyirəm ki, mənim bütün uğurlarıma və atdığım addımlarıma sevinirsiz. Amma hər yerdə olduğu kimi aramızda xainlər də var. Onlara üzümü tutub deyirəm ki, paxıllıq edəndə ürəyinizdə edin.
“Odlar yurdu”nun söylədiyi iddia 300-400 manatdır. Çox gülüncdür. İndi istirahətdəyəm. Bir həftə sonra dönürəm. Mətbuat konfransı edib, həm yeni layihələrdən danışacağam, həm də “Odlar yurdu”nun rəhbərini dəvət edib maskasını cıracağam. Həm də bu qalmaqalı yaradan müğənnini dəvət edəcəm. Ora boşuna məqalələri yazıb xalqın gözündən endirməyə çalışmayın. Xalqın gözü onsuz da tərəzidir. Məni sevən mənliyimə və sənətimə görə sevir".
Sorğu
Yeni dizaynımız necədir?