"Bakı vaxtı ilə" verilişinin yeni mövsüm anonsu yayımlanıb.
Veriliş sentyabr ayından ATV-də efirə gedəcək.
Tədbirlərin birində kameramıza tuş gələn verilişin müəllifi və aparıcısı, müğənni Roza Zərgərli məlumatı təsdiqləyib:
"Verilişim bu mövsüm sentyabrın 22-də, saat 23:00-da start götürəcək. "Bakı vaxtı ilə" yenidən baxdıqca baxılan ATV-də yayımlanacaq. Bu dəfə də görkəmli sənətkarlar haqqında danışacağıq, amma bu mövsüm daha maraqlı olacaq. Verilişdə bir çox gizli məqamlar ortaya çıxacaq: dəyərli sənətkarların yolunu kəsənlər, onları səhnədən uzaqlaşdırmaq istəyənlər, mane olanlar və s. Hər kəsi "Bakı vaxtı ilə" verilişini izləməyə dəvət edirəm".
Qeyd edək ki, sözügedən veriliş ötən mövsüm İTV-də yayımlanırdı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?