Tanınmış klipmeyker Nail Naiboğlu yeni layihəyə imza atıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə rejissor bildirib ki, Hindistanda "Jism 2" adlı böyük qalmaqala səbəb olan film tezliklə Azərbaycan efirində yayımlanacaq. Rejissor bununla da uşaqlıq arzularını həyata keçirdiyini qeyd edib: "Uşaqlıqdan Hind filmlərinə marağım vardı. Dərsdən qaçıb o vaxtı köhnə məhəlləmizdə olan kinoteatra gedib Hind filmlərinə baxırdım. Uşaqlıq illərimi yada salmaq istədim və yeni çəkilmiş bu filmi xoşladığım üçün qərara gəldim ki, həmin filmi Azərbaycan dilinə dublyaj etdirim".
Rejissor həmçinin bildirdi ki, filmin dublyajı hələ tam hazır deyil. Bu səbəbdən də nə zaman efirdə yayımlanacağı müəyyənləşməyib.
Azərbaycanda "Arzunun qaranlıq tərəfi" adı ilə yayımlanacaq filmdə açıq-saçıq səhnələrin olması səbəbindən Hindistanda böyük qalmaqal yaradıb. Nail Naiboğlu sonda onu da qeyd etdi ki, filmin baş rol ifaçısını estradamızın tanınmış müğənnilərindən biri səsləndirəcək. İşlərin davam etdiyini söyləyən rejissor dublyaj bitdikdən sonra yayımlanma tarixini dəqiqləşdirəcəklərini bildirdi. /stenoqram.com/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?