Türkiyənin “Əlillər dərnəyi”nin başçısı model Çağla Şikeli polisə şikayət edib.
Gundemxeber.az xəbər verir ki, Çağla fiziki qüsurlu şəxsləri təhqir etməkdə təqsirləndirilir. Dərnəyin başçısı Türkiyədə 8,5 milyona yaxın əlilin yaşadığını bildirib və bu sözləri deyib:
“Özü Türkiyədə tanınan biridir. Biz cəmiyyətdə əlillərin psixologiyasını düzəltməyə çalışırıq. Çağla xanım da çıxıb verilişində onları təhqir edir. Onun bu sözləri bizi narahat etdi”. Məlumata görə, Çağla proqramda “Korlar, karlar bir-birini qonaq edər” sözlərini deyib. Şikel yayılan xəbərlər haqda hələ ki, heç bir açıqlama verməyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?