Dünya turu sona çatan müğənni Beyons xeyriyyə konsertində iştirak edib.
GundemXeber.Az.az istinadən xəbər verir ki, Los-Ancelesdə keçirilən konsertdə ifaçı iki dəfə geyim dəyişib. O, qırmızı xalıda "Elie Saab" markalı dərin sinə dekolteli qara libasda kamera qaşısına keçib.
Səhnəyə isə Beyons "Ralph & Russo"dan olan şəffaf parıltılı paltarda çıxıb. Yeni mahnıları ilə tamaşaçıları sevindirən sənətçi uzun yarıqlı libası ilə də göz oxşamağı bacarıb.
Rita Ora, Tiffafi Xaddiş və digər məşhurların iştirak etdiyi konsertdə 6 milyon dollar vəsait toplanıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?