Xəstəxanaya yerləşdirlən müğənni Selena Qomezin sosial şəbəkədə yeni fotosu yayılıb.
GundemXeber.Az məlumat verir ki, ifaçının şəklini görən fanatları onun üçün narahat olublar. Onlar qeyd ediblər ki, Selena fotoda çox solğun görünür.
Xatırladaq ki, Qomez bir müddət əvvəl reanimasiyaya yerləşdirilib. Onun həm psixoloji, həm də fiziki böhran yaşadığı bildirilir. Buna səbəb kimi isə bir neçə iddia göstərilir.
Bəzi mənbələrin sözlərinə görə, o, keçmiş sevgilisi Castin Biberin model Hayli Baldvinlə evlənməsindən sonra depressiyaya düşüb. Başqa mənbədə isə Selenanın keçən il keçirdiyi böyrək nəqli əməliyyatından sonra tez-tez belə problemlər yaşadığı yazır. Bundan əlavə, onun “Panik atak” keçirdiyi və uşaq vaxtı dialektik davranış müalicəsi olduğu vurğulanır. Sözügedən müalicə üsulundan istifadə edən xəstələrdə özünə ziyan vermək, intihar cəhdi, depressiya kimi əlamətlər görünür.
Sorğu
Yeni dizaynımız necədir?