Qardaşı qızı Burcu Başoğlu ilə intim münasibətdə olduğu xəbərləri ilə gündəmə gələn Murad Başoğlu Bodrumda nəzarətə alınıb.
GundemXeber.Az xəbər verir ki, aparıcının keçmiş həyat yoldaşı Hande Bermeki ölümlə təhdid etdiyi və onun dostunu döydüyü iddia olunub. Hande Bermekin sözlərinə görə, boşandığı həyat yoldaşı Murad Başoğlu ilə arasında ailədaxili münaqişə baş verib. Mübahisə zamanı Bermekin yanında olan dostu Emrə Sönməz ilə Murad Başoğlu arasında qalmaqal yaranıb. Sönməz və Başoğlu daha sonra Bodrum Dövlət Xəstəxanasına gedərək hesabat alıb. Hadisədən sonra polis tərəfindən Başoğlu bu gün məhkəməyə təqdim ediləcək. Başoğlu haqqında 6284 saylı ailənin qorunması və qadına qarşı zorakılığın qarşısının alınmasına dair qanunu çərçivəsində, 3 ay müddətinə önləyici tədbir həyata keçirilməsinə qərar verilib. Xatırladaq ki, aparıcı Murad Başoğlu ilə həyat yoldaşı Hande Bermek Başoğlu keçən il sentyabr ayında Kuşadası Məhkəməsində mal bölgü protokolu imzalayıb, razılaşdırılmış olaraq tək iclasda boşanmışdı. Murad Başoğlu və qardaşı qızı Burcu Başoğlu yayılan iddialardan sonra barələrində 6 aydan 1 ilə qədər həbs cəzası tələbi ilə açılan məhkəmədə hər iki müttəhim bəraət qazanmışdı. Ancaq Hande Bermek ilə Murad Başoğlu eyni evdə yaşamağa davam etmişdi.
Sorğu
Yeni dizaynımız necədir?