Yeni ili sevgilimlə keçirtdim. Nə yaxşı ki, o, həyatıma gəlib. Gözlənilməz bir eşq oldu, təsadüfən bir tanışlıq baş verdi.
Gundemxeber.Az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova "5-də 5" proqramına qonaq olarkən deyib. O, verilişdə yeni sevgilisi barədə danışarkən tezliklə toy olacağını qeyd edib:
"Yəqin ki, qız toyu olacaq, özüm edəcəyəm. Bir dəfə ilk evliliyimdə gəlin paltarı geymişəm, onda da peşman oldum. Beş ayın gəlini olmuşam. İndiki sevgilimlə isə bir ömür boyu... Allah onu ömrümə yazsın. Biz ikimiz də doyulmaz dadıq, yəni eşq!"
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?