Aparıcı Zaur Kamalın yeni verilişi "Ay Zaurun" ilk qonağı müğənni Damla olub.
İfaçı proqramda bir neçə müddətdir sosial şəbəkələrdə yayılan və qalmaqala səbəb olan intim videodan danışıb. O, məsələnin kökündən yalnış olduğunu bildirib: "Buna Allah, çevrəm, məni dünyaya gətirən anam da şahiddir ki, məsələ kökündən yanlışdır. Videonun mənimlə heç bir əlaqəsi yoxdur. Bunu edən insanlar nə məqsədlə, nə niyyətlə etmişdilərsə, onları yalnız Allaha həvalə edirəm. Allahdan yalnız bir şey istəyirəm ki, o insanın kimliyini mənə hiss etdirsin". Damlanın bu sözlərindən sonra Zaur Kamal ona vərəqdə ad göstərib və onun etdiyini soruşub. Müğənni isə heç kimə şər ata bilməyəcəni qeyd edib: "Heç kimin haqqına girə bilmərəm. Bəlkə kişi sənətçi edib?! Bəlkə heç ümumiyyətlə sənət cameəsi eləməyib".//Open.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?