Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı qızı olduğunu iddia edən Pərvanə Dostəliyeva daha bir açıqlama yayıb.
P.Dostəliyeva instaqram səhifəsində video yayaraq bildirib ki, özünü və Dostəliyevalar ailəsini biabır edib: "Deyirlər, müğənnilik etmək istəyirdin, özünü reklam etdin. Mənim üçün müğənnilik kitabı bağlanıb. Məqsədim qisasımı almaq idi. Sizi biabır edim, insan içinə çıxa bilməyin. Özümü də, sizi də biabır etdim. Əcəb elədim. Çıxıb Elza Seyidcahana deyirdiz ey, "biz bacılara qarşı çaşma". Çaşdım, nə edəcəksən? Nə var dedim. Mənim və anamın haqqında artıq-əskik nələrsə yaymayın. Bir kəlmə danışsanız, nə var açıb tökəcəm. Bildiklərimi danışsam, yer yerindən oynayacaq. Yatmış fili oyatma. Sakitləşib oturmuşam yerimdə. Videoları da sildim, çünki həyatıma davam edirəm. Dediyimi dedim və bitdi. Qisasımı aldım".
Qeyd edək ki, Pərvanə 6 yaşında atası tərəfindən təcavüz olunduğunu deyib./Lent.az
Sorğu
Yeni dizaynımız necədir?