Instagramda insanların etibarını qazanıb dünya markalarını reklam etmək heç də asan iş deyil. Azərbaycanlı aparıcı və peşəkar bloger Günel Hümbətova Amerikanın Səsinin müxbiri Nərmin Zeynallı ilə müsahibəsində öz təcrübəsi haqda danışarkən bunu aydın edir.
Günel həm lokal, həm də dünya brendləri ilə əməkdaşlıq edir. 300 mindən çox izləyicisi olan Günelin əsas izləyici kütləsi azərbaycanlıdır. Bir ildir ki, Nyu Yorkda yaşayan bloger amerikalı auditoriya qarşısında da fəaliyyətini uğurla davam etdirir.
Günel Hümbətovanın Instagramda 300,000-dən çox izləyicisi var. Güneli əslində “influencer” kimi də təsvir etmək olar.
İngilis dilində “təsir edən” mənasına gələn “influencer” sözü müasir dövrün marketinq terminlərindən biridir. Bu termin xüsusilə İnstaqram sosial platformasında populyarlaşan insanlar üçün işlədilir.
Bir çox “influencer”, bloger və ya başqa sözlərlə İnstaqram “ulduzları” bizim öyrəşdiyimiz klassik “ulduzlar”-dan fərqli olaraq nə musiqiçidir, nə də aktyor. Bəs kimdir bu “influencer”?
Cavab sadədir: Biliyi, bacarığı, istedadı ilə başqa insanların satın alma qərarlarına təsir göstərə biləcək fərd.
Hər sahənin İnstaqram ulduzu ola bilər - istər dəb, istər gözəllik, sağlam qida və başqa həvəskarları olan sahədə.
Instaqram səhifəsində insanların şəxsi suallarına cavab verən həkimlər, psixoloqlar var.
Kitab rəyləri hazırlayan “kitab bloger”-ləri də mövcuddur.
Bir gündə İnstaqrama 95 milyona qədər şəkil və video yüklənir. “Influencer”-lər arasında həmçinin məşhur insanlar var. Bu məşhur müğənni, aparıcı və ya idmançılar əsas fəaliyyətlərindən artıq qalan zamanda instaqram səhifələrinə məhsul reklamı yerləşdirərək daha çox pul qazana bilir.
Son on ildə sosial media qeyri-adi sürətlə inkişaf edib. Dünya əhalisinin hardasa 43%-i aktiv şəkildə sosyal mediadan istifadə edir. 2018-ci ildə İnstaqram elan edib ki, bir milyard aktiv istifadəçiyə sahibdir. Bir gündə İnstaqrama 95 milyona qədər şəkil və video yüklənir. Habelə hər gün bu platformaya 400 milyona qədər İnstaqram hekayəsi yüklənilir. İnstaqram istifadəçiləri hər gün 4.2 milyard şəkli bəyənir. Proqnozlara görə, yaxın zamanlarda İnstarqamın istifadəçi sayı 2 milyard insan olacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?