Meyxanaçı ilə həyat yoldaşı arasında qalmaqal davam edir. Xəbər verdiyimiz kimi, meyxanaçı Orxan Lökbatanlı evli olduğu halda övladı ilə birgə həyat yoldaşını atıb, yarıçılpaq geyimləri ilə tanınan model Aysu Bədəlzadə ilə eşq yaşamağa başlayıb. Bu hadisə mediada işıqlanandan sonra meyxanaçının həyat yoldaşı yaşananlar barədə açıqlama verib.
Musavat.com məsələ ilə bağlı meyxanaçı ilə əlaqə saxlayıb. Telefona cavab verən və özünü meyxanaçının xalası oğlu Hökumət kimi təqdim edən şəxs bildirib ki, model Aysu Bədəlzadə ilə Lökbatanlı ilə eşq yaşadığı barədə xəbər yalandır: “Orxanın həyat yoldaşına xəyanət etməsi, model Aysu ilə eşq yaşaması yalandır. Ailəsində problem olduğu düzdür. Bu şəxsi məsələdir, Kəmalə xanımın niyə elə açıqlama verdiyini, məsələni ailədən kənara çıxardığını bilmirik. Orxan ilə Aysu eşq yaşamır. O görüntülər klip çəkilişindəndir. Klip ayın axırı təqdim olunacaq”.
Meyxanaçının yaxını onun Səbinə adlı xanımla ailəli olduğunu, boşandıqdan sonra Kəmalə ilə ailə qurduğunu da təsdiq edib.
Sorğu
Yeni dizaynımız necədir?