Müğənni Rəksanə İsmayılova “Instagram” hesabında canlı yayım açaraq ”Maşın” şou ilə bağlı qalmaqallı açıqlamalar verib
Gundemxeber.az xəbər verir ki, ifaçı şounun qalibinin Kəmalə Piriyeva olacağını bildirib və atmacalı fikirlər səsləndirib:
“Niyə Kəmalənin əlini maşından çəkməyini vermədiniz? Nəyə görə pul alıb sildiniz? Əgər düzgünlük varsa, işinizi düzgün edin. Niyə düzgün iş görmürsünüz? Mən həqiqət nədirsə, onu deyirəm. Həqiqət budur, yaxşı day-dayın olmalıdır, arxanda səni saxlayan kişi olmalıdır. İmkanlı olsun, oteli olsun, klinikası, restoranları olsun. O pul buraxsın sənin arxandan. Həqiqət budur, əzizim.
O ki, qaldı Laləyə, Türkana… Ay bala, hamısı boş şeylərdir. Bir-birinizi qırmayın, o maşın Kəmalənindir”.
Qeyd edək ki, sosial şəbəkələrdə aparıcı Kəmalə Piriyevanın "Maşın” şouda əlini çəkməsi ilə bağlı görüntülər səs-küyə səbəb olub. "M Group Production"ın mətbuat xidmətinin rəhbəri Könül Əlibəyli “Yeni Sabah”a açıqlamasında həmin görüntünün araşdırıldığını və Kəmalə Piriyevanın qayda pozuntusu etmədiyi deyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?