Xalq artisti Aygün Kazımova Ədliyyə Nazirliyinin müalicə müəssisəsində olub. Aygün Kazımova orada ağır durumda olan qardaşı Kazım Ələsgər oğlu Kazımzadəyə baş çəkib.
Gundemxeber.Az "Yeni Müsavat"a istinadən xəbər verir ki, bu haqda Kazım Kazımzadənin oğlu Ələsgər Kazımzadə məlumat verib.
"Atam 2018-ci ildən müalicə müəssisəsində saxlanılır. Onu ötən il müayinə etdilər. Məlum oldu ki, 3-cü dərəcəli xərçəngdir. O vaxtdan müalicə müəssisəsinə köçürüblər, orada saxlayırlar. Atam əməliyyat olunmalıdır. Müalicə müəssisəsində isə belə bir imkan yoxdur. Xəstəliyə qədər atamın 80 kiloqram çəkisi vardı, hazırda 40 kiloqrama qədər arıqlayıb, ağzından qan gəlir, artıq danışa da bilmir. Biz dəfələrlə müraciət etmişik ki, atamı azad etsinlər, onu əməliyyat etdirək. Məktublar yazmışıq. Amma baxan yoxdur. Məcbur qalıb saytlara da, qəzetlərə də müraciət etdik" deyə, Ə.Kazımzadə bildirdi.
Onun sözlərinə görə, bibisi Aygün Kazımova qardaşının ölüm ayağında olmasını mətbuatdan xəbər tutub:
"Bizim onunla əlaqəmiz yoxdur. İndi elə vəziyyətdir ki, hər yerə əl atırıq ki, atamı xilas edək. Mən rayondaydım, bu gün Bakıya gəlmişəm. Dedilər ki, bibim ora gedib, əsəbiləşib. Biz istəyirik ki, atamı azad etsinlər, müalicə edək. Orada müalicə üçün imkanlar yoxdur".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?