"Bizimləsən"də Günayla Raminin taleyi günlərdir müzakirələrə səbəb olur.
Seçim arasında qaldığı üçün doğma anasını yox, övladının anası olan Günay adlı xanımı seçdiyini açıqlayan Ramin, verilişdə ekspert qismində çıxış edən Vasif Məhərrəmli tərəfindən qınanıb. Müğənni Ramini anasını atıb yad qızını seçdiyinə görə efirdə tənbeh edib.
Müğənninin bu addımı xanım həmkarı Rəqsanə İsmayılova tərəfindən tənqidə tuş gəlib. Moskvada yaşayan müğənni Vasifə Günaya qarşı çıxdığına görə aşağıdakı ifadələri işlədib:
"Düzdür, Ramilin anasının da haqqı var övladını düz yola çəksin, ancaq Raminə halal olsun, bu qıza, onun balalarına sahib çıxır. Baxıram müğənni dostlarım da o verliişdə bu tək, kimsəsiz, üç uşaqla çöldə qalan qadını qınayırlar, niyə? Nə etsin bu qadın? Üç balası üçün mucadilə aparır. Xoşbəxt olmaq onun da haqqıdır. Niyə qınayırsınız axı, niyə? İnsanın həyatı gətirməyəndə, tək qalanda onu əzmək lazımdır?
Adil və Vasif mənim dostlarımdır, amma onlar niyə kimsəsiz qadını qınayırlar? Yaraşmaz onlara. Siz nə bilirsiniz ki, Günay nələr çəkib, onu hiss belə edə bilməzsiniz. Amma mən o verilişdə olsaydım sizin yerinizə, sizdən fərqli olaraq Günaya kömək edərdim. Nə bilirsiniz nə qədər yaşayacağıq?Dünyanı tutub durmayacağıq. Günayın yerində bizim də övladımız ola bilər. Siz kişisiniz, sizə düşməz üç övladı üçün əzab çəkib, sürünən kimsəsiz insana belə etmək. Heç düz etmədiniz, məndən incisəniz də, küssəniz də həqiqət budur".
Qeyd edək ki, Raminin anasının "bar qızı" adlandırdığı Günayın ilk ailəsindən iki övladı, Ramindən də bir uşağı olduğu deyilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?