Əlhəmin toyu olsa, icazə verəcəksiniz ki, atası elçiliyə getsin, toyda ata kimi söz desin?
Bu sualla Tarix Əliyev (Tolik) verilişində qonaq olan Fədayə Laçına müraciət edib.
Xanım sənətçi oğlu Əlhəmə atası ilə bağlı heç bir qadağa qoymadığını bildirib:
"Niyə icazə vermirəm ki?! Mən heç vaxt onun atası ilə görüşməyinə qadağa qoymamışam. Mənim özümün onunla (keçmiş həyat yoldaşı ilə) heç bir əlaqəm yoxdur. Mən olmayanda ailə sıxıntıda idi. Mən onda Əlhəmə dedim ki, "İstəyirsən, atana zəng vur, denən ki, problem var", dedi "Yox". Mən həbs olunmamışdan öncə də elə söhbətlər olub ki, demişəm atana denən, bəlkə nə isə kömək edər. Heç Əlhəm özü demək istəmir. O, iş adamı deyil, amma vəziyyəti pis də deyil".
Tolik sənətçinin oğluna da "Əlhəm, toy eləsən heç ata xeyir-duası istəyəcəksən? Dəvət edəcəksən onu toyuna?" sualı ilə müraciət edib. Əlhəm "Əlbəttə ki! Hər nə olubsa da, ata haqqı ata haqqıdır da" cavabını verib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?