Aktrisa Pərvin Abıyeva karantin rejimi və yol hərəkəti qaydalarını pozmaqla gündəmə gəlib.
Gundemxeber.Az xəbər verir ki, aktrisa avtomobil idarə edə-edə instaqramda canlı yayıma qoşulub. İzləyicilərin suallarına cavab verən aktrisanın kəmər taxmaması, tez-tez rolu buraxması, telefondan istifadə etməsi diqqətdən qaçmayıb.
Lakin Pərvin qaydaları pozması ilə bağlı izləyicilərin iradlarına məhəl qoymayıb.
Aktrisa eyni zamanda karantin qaydalarını da pozub. O, icazə almadan evdən çıxdığını gizlətməyib:
"Heç neçəyə mesaj göndərməmişəm. Mənə yox, bu insanlara deyin bu karantində hara gedirlər".
Hər zaman canlı yayımı şəxsi səhifəsində bölüşən aktrisa tənqidlərdən sonra həmin görüntüləri silib.
Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün tədbiq edilən karantin rejimində 8103-ə SMS göndərərək 2 və ya 5 saatlıq icazə ilə küçəyə çıxmaq mümkündür. İcazəsiz küçəyə çıxanlar isə 100 manat cərimələnir.
İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə görə, kəmər taxmayan sürücülər 40 manat, “Yol hərəkəti haqqında” Qanuna görə, sükan arxasında hərəkət zamanı əldə mobil telefon saxlayan və ondan istifadə edən sürücülər isə 50 manat cərimələnir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?