Müğənni əkiz bacılardan biri olan Sevinc Səfərova Xəzər telekanalında yayımlanan "Səhər mərkəzi" proqramının qonağı olub.
İfaçı pul qazanmaq üçün pandemiya ərəfəsində Moskvaya üz tutan həmkarları barədə danışıb.
O, karantin müddətində sosial şəbəkə hesabından gəlir əldə etdiyini deyib. Müğənni qeyd edib ki, ucuz qiymətə Rusiya toylarında oxumağa dəyməz:
"Mənə bloqqer Sevinc deyirlər. Gileylənməyəcəm, sosial şəbəkələrdən qazanıram. Reklamlar, "Youtube" hesabına dolanıram. Əvvəlki kimi deyil, amma Moskvaya göyərti qiymətinə toya getməyə dəyməz. İnsan özünə, sənətinə qiymət verməlidir. Düşünməlisiniz ki, orada illərdi yaşayan, çalışan, maddi sərhədi aşmayan ifaçılar var. İndi gedənlər orada yaşayanlara mane olurlar. Elə bir qiymətə toya gedirlər ki... Baxıb deyir ki, onu bu qiymətə çağırmaqdansa, Azərbaycandan gələn on başqa ifaçını dəvət edərəm. Bu dərdi Allah bizə verib, dözməliyik"./yeni sabah/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?