Yaxın günlərdə xalq artisti Aygün Kazımovanın eks-prezident Əbülfəz Elçibəyə mahnı ithaf etdiyindən illər sonra xəbər tutduq. “Daş atan bilirmi nə günah edər” adlı böyük səs küyə səbəb olan bu əsəri o dövrün seçki kompaniyasının himni də adlandırmaq olardı. Bir yeni xəbər isə Aygün Kazımovanın Qarabağ savaşında düşmənə qarşı könüllülərdən ibarət “Bozqurd” batalyonununda şəfqət bacısı olduğunu, hətta ön cəbhədə döyüşdüyünü yaxın silahdaşlarından öyrəndik. Bəzi “media” orqanları tərəfindən nə qədər çalışsalar da ki, bu xəbərə kölgə salınsın ancaq alınmadı. Indi isə sənətçinin daha bir olay yaradacaq faktı üzə çıxdı. Belə ki, internet saytlarının birində Aygün Kazımovanın əvvəlki ifalarından biri yüklənilib. Bu əsər Müsavat partiyası başqanı İsa Qəmbər 1993-cü ilin iyulunda həbsdə olarkən, ona dəstək olmaq üçün yazılıb. Sözləri Ramiz Rövşənə, musiqisi Cavanşir Quliyevə məxsus olan bu əsəri sizə təqdim edirik./veteninfo.a
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?