Müğənni Roza Zərgərli həmkarı Afət Fərmanqızını məhkəmə ilə hədələyib.
Gundemxeber.Az xəbər verir ki, “MTV Azərbaycan”-a açıqlama verən müğənni illər əvvəl yayımlanan fotosu ilə onu hədələyənlərə sərt cavab verib.
"Yaxın günlərdə Afət Fərmanqızı yenə nə isə söylədi. Onun haqqında demişdim ki, yaxşı qızdır. Tədbirdə görər, öpər, qucaqlayar. İnstaqramda canlı yayım açmışdım. Orada yazdılar ki, İlhamə Quliyeva sağ olsaydı, heç kim at oynada bilməzdi. Mən də cavab verdim ki, bəli, İlhamə Quliyeva sağ olsaydı, heç kim at oynada bilməzdi. Çünki xalq artistləri bir-biri ilə savaşırdı, bizə ehtiyac yox idi. Sonra Afət Fərmanqızı başladı. Mən də dedim ki, milçək bir şey deyil, könül bulandırır. Afət Fərmanqızı sağ olsun, dedi ki, Roza Zərgərlinin bir kişinin qucağında şəkli var. Şəkil montaj edilib. Şəkli bir jurnalist paylaşmışdı. Hamı da bunu əlində bayraq edib. Afət Fərmanqızı məndən inciməsin. Məhkəmənin qərarına əsasən şəkildən kim istifadə edib, fikir bildirsə, məsuliyyətə cəlb olunacaq. Ağıllı olun, Roza Zərgərli kişi qucağında gəzən olsaydı, deyərdim ki, əcəb elədim!", - deyə o bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?