Oktyabrın 30-da əməkdar artist Mətanət İsgəndərlinin qızı Ülkərin paytaxt restoranlarının birində nişan mərasimi olub.
lent.az-a istinadən xəbərə görə məclis yerinə gələn televiziya və media nümayəndələri hörmətsizliklə üzləşiblər. Belə ki, media nümayəndələri restorana daxil olmaq istəyərkən qapıda cangüdənlərin kobud rəftarı ilə qarşılaşıblar.
Nişan mərasimini aparıcı Əkbər Əlizadə və Lətafət Ələkbərova qonaqları salamlayaraq açıq elan edib. Sonra səbəbkarlar M.İsgəndərlinin “Xoşbəxt olaq” mahnısı ilə rəqsə başlayıb.
Nişanda şou nümayəndələri də iştirak edib. Onlardan müğənni Nadir Qafarzadə, Gülyanaq, Gülyaz Məmmədova, Nüşabə Ələsgərli, Xatirə İslam, rəqqasə Fatimə Fataliyeva, Günay İbrahimli və başqaları məclisdə olarkən öz fotolarını çəkdirərək, instagram səhifəsinə yerləşdiriblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?