Ötən gecə ad günü məclisi keçirən aktrisa Pərvin Abıyevanın səhhəti pisləşib.
Məclisdən evə gələn aktrisa özünü pis hiss edib. Pərvin bu barədə "Instagram"da canlı yayımda deyib. O, bildirib ki, evinə təcili yardım gəlib və ona ilkin müdaxilə edilib: "Gecə saat 3-də üstümə təcili yardım gəlib. Restorandan gəlmişəm,evə girən kimi halım dəyişdi. Həkimlər gəlib üstümə. Gedib o dünyanı görüb gəldim. Gecə nələr yaşadım təsəvvür edə bilməzsiniz. Hamısı göz, nəfisdir. Oturub nə qədər dua oxumuşam. Ürəyimdə aritmiya var, dünən çox ora-bura qaçdım, yoruldum. Neçə gündür ağır rejimdəyəm. Hər gün veriliş, hazırlaşmaq. Bir aydır gecəm-gündüzüm yoxdur".
Sorğu
Yeni dizaynımız necədir?