“Əlimin duzu yoxdur, elə adam var ki, nankordur. Dünyanı ona ver, deyəcək ki, mənim üçün nə etmisən?"
Bu sözləri Əməkdar artist Mətanət İsgəndərli deyib. Gəlini ilə uzun müddətdir qalmaqal yaşayan müğənni nəvələrinin onunla qalmaq istədiyini bildirib: “19 gün reanimasiyada olanda deyirdim ki, Allahım, heç nə istəmirəm. O üç uşağı mənə versinlər, gedim ucqar bir kənddə yaşayım. Ancaq onu arzulayırdım. Şükür ki, sağ-salamat balalarımın yanındayam. Anaları nə vaxt istəyir, gəlib aparır. Uşaqlar ürəyi istəyəndə gedirlər. Həyatda məcbur heç nə yoxdur, dayanmaz, ağlayıb özünü öldürər, fikir edər. Uşaqlar çox həssas olurlar. Yanımda özlərini o qədər xoşbəxt sayırlar ki, evə girəndə üzümdən öpürlər, belimə tullanırlar, sevinirlər”. Sənətçi hər zaman vicdanının rahat olduğunu qeyd edib: “Həmişə taleyə, qismətə inanmışam. Həyat bir imtahandır, çalışıb üzüağ çıxmaq lazımdır. Gərək vicdansızlıq etməyəsən, vicdan əzabından pis heç nə yoxdur. Bilirəm ki, vicdanım rahatdır. Çünki heç kəsə vicdansızlıq etmərəm. Əlimin duzu yoxdur, elə adam var ki, nankordur. Dünyanı ona ver, deyəcək ki, mənim üçün nə etmisən?” Qeyd edək ki, Əməkdar artistin oğlu Kərim və gəlini Canana aylar öncə ayrılıb. Məhkəmə qərarı ilə cütlüyün üç övladı atada qalıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?