“Keçmiş həyatım yoldaşım vəfat edəndə elə bildim ki, dünya uçub, altında qalmışam”.
Bu sözləri Əməkdar artist Mətanət İsgəndərli “1 dəqiqə” proqramında qonaq olarkən deyib. Sənətçi boşandığı 10 illik ərindən danışıb, onun vəfatı zamanı sarsıldığını bildirib: “İlahi, o nə hiss idi? İnsan çox qəribə məxluqdur. Bilməzdim ki, onun üçün bu qədər yanacam. Elə bilirdim ki, belə davam edəcək. Sevmişəm, gözümü açıb onu görmüşəm. Övladlarımın atasıdır. İkinci xanımı ilə bacı kimiyik. Bir yerdə qəbir üstünə gedirik. Ona aid olan mənə doğmadır. Oğlu evimin ən əziz adamıdır. Elə bilirəm ki, öv balamdır”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?