GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » “Palatka” toylarından səhnəyə..

“Palatka” toylarından səhnəyə..

Tarix: 13-11-2013, 12:21 Bölmə :Maqazin Baxış: 827
 “Palatka” toylarından səhnəyə..
Onlar savadsızlıqdan yersiz ifadələr işlədir, bir-birini təhqir edib qalmaqal yaradır, sonra isə ən rahat variant kimi jurnalistləri günahlandırırlar

Son günlər efirdə və mətbuatda şou-biznes nümayəndələrinin jurnalistlərə qarşı iradları və qalmaqala meylli olduqları ilə bağlı ittihamları bitib-tükənmək bilmir. Belə ki, efir vasitəsi ilə jurnalistlərə hədə-qorxu gələn müğənnilərin sayı getdikcə artmağa başlayıb. Nəinki efir vasitəsi ilə, hətta mətbuatda da müğənnilərin dilindən “Media əhlində müğənnilərə qarşı aqressiya var”, “Məni jurnalistlər yoldan çıxardı” kimi ifadələr yer almağa başlayıb.

Mətbuatda çalışan mədəniyyət və şou-biznes müxbirləri isə bizimlə söhbətləri zamanı müğənniləri xalqın gözündə qaldıranın da, endirənin də jurnalistlər olduğunu, müğənnilərin efirdə və mətbuatda verdikləri bu tip açıqlamaların yalnız şou məqsədi daşıdığını söylədilər. Amma fikirlərini öyrəndiyimiz müxbirlərdən onlara haqq qazandıranlar da oldu.

“Palatka” toylarından səhnəyə...

“Oxu məni” qəzetinin redaktor müavini Könül Aypara şou-biznes sahəsində yenicə addımlayan müxbirlərə ehtiyatlı olmağı məsləhət görərək, onları fəaliyyət göstərdikləri sənətə ləkə gətirəməkdə ittiham etdi: “Mən 15 ildir ki, əyləncəli qəzetin elə əyləncə şöbəsinin müdiriyəm. Bu böyük təcrübəm sayəsində müğənnilərin, səhnə adamlarının, şou-biznes nümayəndələrinin hər üzünü görmüşəm desəm, yalan olmaz. Bilirsiniz, onları qınamıram. İndi hər bir fəxri adlarla təltif olunub, hər biri ali savada yiyələnib, loru dildə desək, hər birinin quyruğu qapı arasından çıxıb. Səhnəyə yenicə qədəm basanlar isə artıq xalqın gözünün həqiqətən tərəzi olduğunu bildiyindən, daha iddialı deyillər. Yəni qalmaqalla tanınacaqlarına ümid bəsləmirlər deyə, daha müxbirlərə ehtiyac duymurlar. Xalq artisti, ali təhsil ocağında dərs deyən Nazpəri Dostəliyevanın o vaxtlar heç ali savadı belə yox idi. “Palatka” toylarında oxuyurdu. Elə Mətanət İsgəndərli və Ədalət Şükürov da. “Oxu məni” qəzetində müsahibəsi getsin deyə, saatlarla redaksiyamızın qapısında, hətta yağışın altında Mətanət Şamilqızını gözləyirdi. Başqalarının da adını çəkə bilərəm. İndi bu əməkdar artistlərin avtomobillərinin sayı-hesabı yoxdur”.

Könül Aypara şou-biznes nümayəndələrinin qalmaqal salmaq üçün müxbirləri axtardıqlarını və hətta özlərinə mətbuat katibi kimi də hansısa reytinqli qəzetin tanınmış müxbirini seçdiklərini söylədi. Onun sözlərinə görə, əvvəllər də tanınmaq və gündəmdə qalmaqdan ötrü müğənnilərin müxbirlərə böyük ehtiyacları vardı: “Mən ötən illərdən danışsam da, indi də vəziyyət belədir. “Aldığını alanlar” daha özlərini müəllim, sənətkar, əlçatmaz kimi nümayiş etdirməyə çalışırlar. Amma bəzən belələrinin də işi mətbuatdan keçir. Yerdə qalanlar isə ona-buna söz atdıqdan sonra çəkilib kənarda dayanırlar, sonra da müxbirləri qınamağa başlayırlar. Çünki çox vaxt mediaya işləri düşmür. Artıq sosial şəbəkələr var. Toyları da bu yolla tuta bilirlər, fanatlarla da əlaqə saxlayırlar, lazımlı-lazımsız yeniliklərini də oxucularıyla bölüşürlər. Vay o günə ki, quyruqları qapı arxasında qalsın, onda yenə də müxbirlərə üz tutub yardım üçün şirin dillərini işə salırlar”.

Jurnalistin nə günahı?

“Şərq” qəzetinin müxbiri Tahirə Məmmədqızı heç bir müğənniyə jurnalistləri təhqir etmək üçün səlahiyyət verilmədiyini və onların kiçik problemdən qalmaqal yaradaraq bunda jurnalistləri günahkar hesab etdiklərini söylədi: “Müğənnilər qalmaqallardan qaçdıqlarını söyləyib, jurnalistləri hədələməyə başlayıblar. Onlar efirə çıxaraq barmaqları ilə jurnalistlərə hədələyir, “mənim haqqımda yazan jurnalisti belə edərəm” kimi yersiz ifadələr səsləndirirlər. Müğənnilərə heç kim bu ixtiyarı verməyib. Yəqin müğənnilərin mətbuat haqqında qanundan xəbərləri yoxdur ki, belə hərəkətlər edirlər. Yeri gəldi-gəlmədi, mətbuatı hədələməklə özlərinə reytinq qazanmağa çalışırlar. Yaxşı olardı ki, bizi hədələməkdənsə hərəkətlərinə, repertuarlarına fikir versinlər. Müğənnilər özlərinə yaxşı taktika seçiblər. Telefonda vasitəsilə bir-birilərini qırırlar, müsahibələrində bir-birini təhqir edirlər, sonra isə ən rahat variant kimi jurnalistləri günahlandırırlar. Onlar ailələrində problem yaradırlarsa və yaxud ərlərindən boşanırlarsa, burda jurnalistin nə günahı var? Əgər bir müğənni digərinə “gey” deyib, və yaxud başqa təhqiramiz sözlər işlədirsə, burda jurnalist nə etməlidir? Amma buraya bütün müğənniləri də aid etmək düzgün deyil. Onların içərisində savadlı, intellekti olan müğənnilərimiz də çoxdur”.

Vesti.az saytının müxbiri Yeganə Rzaxanova müğənnilərin iradlarının düzgün olduğunu və bu gün işini bilən jurnalistlərin qalmaqala qaçmadığını qeyd etdi: “Son zamanlar saxta jurnalistlər həddindən artıq çoxalıb. İşini tam dərk etməyən “jurnalistlər” sayt açaraq orada real olmayan yazılar dərc edirlər. Bu da bizim adımıza xələl gətirir. Mən təəssüf hissi ilə qeyd edirəm ki, axır vaxtlar bəzi “jurnalistlər” oxucuları düzgün yönləndirmirlər. Müğənnilər bilmirlər ki, kimə müsahibə və ya açıqlama versinlər. Şou əhlinə məsləhət görərdim ki, kimə gəldi açıqlama verməsinlər. Onlar bilməlidir ki, bu sahədə kim peşəkardır, kim isə qeyri-peşəkar. Xəbər hazırlanarkən hər şey müsahibin dediyi kimi və ən əsası, qərəzsiz olmalıdır. Bu gün açıqlamaların və ya müsahibələrin daha çox qalmaqallı tərəflərini işıqlandırırlar. Bu isə düzgün deyil”.

Deyir, sonra sözlərindən qaçırlar

Lent.az saytının əməkdaşı Yalçın Süleymanov: “Düzdür, bəzən həmkarlarımdan da araqarışdıranlar olur. Buna misal olaraq Nadir Qafarzadə və Cavanşir Məmmədov qalmaqalını göstərmək olar. Amma bunu deməklə müğənnilərin tərəfini tutmuş deyiləm. Sadəcə, obyektivliyi qorumaq gərəkdi. Digər bir tərəfdən, müğənnilər, sənət adamları medianı günahlandırmazdan öncə özlərinə və danışacaqları sözlərə diqqət etsinlər. Belə bir ifadə var ki, söz ağızdan çıxdı, sənin deyil. Amma çox təəssüflər olsun ki, şou-biznesdə əksər müğənnilər müsahibə verir, sonra isə öz fikirlərinin üstündə durmurlar. Nəticədə vəziyyətdən çıxış yolu kimi “jurnalist özündən yazıb” sözünü işlədirlər. Məhz bu səbəbdən onlarla müsahibədə diktafon vacibdir”.

Gün.az saytının əməkdaşı Aytən Həsənovanın sözlərinə görə, hər bir peşəkar jurnalist xəbər yazarkən, ilk növbədə obyektiv və qərəzsiz olmalıdır: “Jurnalist heç zaman qalmaqal xatirinə xəbər yazmamalıdır. İkincisi isə, hər hansı bir xəbəri dəqiqləşdirmədən – müğənni ilə əlaqə saxlayıb, mövqeyini öyrənmədən yaymaq olmaz. Müğənni və jurnalist arasında qalmaqal əksər hallarda bu səbəbdən baş verir. Amma bəzən də müğənnilər jurnalistin sualını doğru-düzgün cavablandırmır və ya özləri qalmaqal yaranmasında maraqlı olurlar. Bu isə məsələnin başqa tərəfidir. İstənilən halda, müxbir öz peşəsindən irəli gələn qaydalara əməl etməli və bacardığı qədər xəbəri dolğun və obyektiv şəkildə oxucuya çatdırmalıdır”.

“Üç nöqtə” qəzetinin mədəniyyət müxbiri Aygün Əhmədova da müğənnilərin özlərinin qalmaqala meyilli olduqlarını qeyd etdi: “Mən müsahibə aldığım bütün müğənnilər bilirlər ki, qalmaqaldan uzaq yazılar yazıram. Əgər hansısa müğənni qalmaqal yönümlü müsahibə verirsə, bu artıq məndən asılı deyil. Bəzi müğənnilər həmkarlarımı onların dediklərini olduğu kimi yazamamaqda günahlandırırlar. Amma jurnalistlər də dəfələrlə müğənnilərin səs yazılarını yayımlamaqla doğru yazdıqlarını nümayiş etdiriblər. Ümumiyyətlə, düşünürəm ki, müğənni qalmaqal yaratmaq istəmirsə, heç bir jurnalist müğənnini qalmaqala məcbur edə bilməz”.

Müğənnilərin ipinin üstünə odun yığmaq olmaz

“Qafqazinfo” saytının şou yazarı Könül İbrahimova müğənnilərin ipinin üstünə odun yığmaq mümkün olmadığını söylədi: “Son zamanlar müğənnilər şou yazarlarını tez-tez yalan xəbər yazmaqda, onları qalmaqala sürükləməkdə günahlandırır. Belə hadisələr mənim də başıma gəlib. Belə ki, müsahibə almışam, dəfələrlə müğənniyə demişəm ki, bunu yazsam səni məhkəməyə verəcəklər. Deyib ki, yaz. Yazmışam, səhər eşitmişəm qarşı tərəfə bildirib ki, mən elə müsahibə verməmişəm, qarşı tərəf də məni məhkəməyə verib. Yaxşı ki, diktafonda səsyazma var idi, kimin yalançı olduğu ortaya çıxdı. Ona görə düşünmürəm ki, hər hansı bir jurnalist qəsdən yalan məlumatlar yaysın. Br də adətən müğənniyə zəng edib deyəndə ki, haqqında filan məlumat var, buna aydınlıq gətir, başlayır qışqırmağa ki, bu nə söhbətdir mənimlə edirsiniz. Onda jurnalist nə etməlidir? Araşdırmamış yazsa, müğənni ittiham edib məhkəməyə verəcək, araşdırmağa çalışanda da deyir ki, bu nə sualdır mənə verirsən. Ona görə də əksər müğənnilərin ipinin üstünə odun yığmaq olmaz”.
New Baku Post qəzetinin mədəniyyət yazarı Ümidə Həsənli inanmır ki, qalmaqal yaratmağa meyli, həvəsi olmayan müğənni haqqında jurnalist qalmaqallı xəbər yazsın: “Elin gözü tərəzidir, oxucu və ya tamaşaçı müxbiri qınayar ki, axı, bu elə sənətçi deyil. Elə müğənnilər var ki, düşünmədən hansısa bir fikir işlədir və bu, qalmaqala səbəb olanda deyir ki, “mən o mənada deməmişdim”, “mən o cür demək istəmirdim”. Düzdür, bəzən insan danışıq zamanı fikrini düzgün çatdırmaya bilər. Amma sənətçilər diqqət mərkəzində olduğu üçün mütləq fikirlərini düzgün ifadə etməyi bacarmalıdırlar. Buna görə də savadlı, dünyagörüşlü, intellektual səviyyəli olmaq lazımdır. Amma çox təəssüf ki, elə müğənnilərimiz var ki, bəlkə heç vurma cədvəlini bilmir, bəlkə heç həyatında iki kitab oxumayıb, auditoriyada müəllim qarşısında əyləşməyib. Yaxşı səs, gözəl görünüş, not bilmək və ya bilməməklə yaxşı mahnı oxumaq hələ heç nə demək deyil. Sıradan biri olmayanlar, adilərdən seçilənlər, diqqət mərkəzində olan insanlar bunun fərqinə varıb məsuliyyətini daşımalıdırlar”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Daha bir neçə xalq artisti İlhaməyə etiraz etdi Şou-Biznes

    Daha bir neçə xalq artisti İlhaməyə etiraz etdi ...

    13-07-2013, 01:29

  • 
  • Vergilər Nazirliyi müğənniləri “ciddi nəzarət”ə götürüb

    Vergilər Nazirliyi müğənniləri “ciddi nəzarət”ə ...

    8-01-2016, 18:53

  • 
  • Müğənnilərin yeni toy qiymətləri - Siyahı

    Müğənnilərin yeni toy qiymətləri - Siyahı ...

    5-08-2013, 17:27

  • 
  • Azərbaycanlı müğənninin seksual görüntüləri

    Azərbaycanlı müğənninin seksual görüntüləri ...

    7-11-2013, 12:42

  • 
  • Şou-biznes əhlinin teni fotoları

    Şou-biznes əhlinin teni fotoları ...

    22-08-2014, 01:30


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (5)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu