Doğum günündə hislərini AzNews.az-la bölüşən sənətkarın sözlərinə görə, o, bu əziz gününü 80 yaşlı atası ilə birgə keçirəcək:
“Atam mənə dedi ki, ad günümü onunla keçirsəm, mənə sürpriz edəcək. Mən də bu üzdən onunla bir yerdəyəm”.
Sənətkar atasının sürprizinin nə olduğunu da açıqlayıb: “Mənim atam respublikanın ən tanınmış və istedadlı aşpazlarından biridir. O, mənə ad günümdə misili görünməyən plov dəmləyəcəyini deyib. Hazırda Salyandayıq. Atam plovun bişməsi üçün əlinin altında olan aşbazların hamısını toplayıb, özü isə onlara nəzarət edir. Biz də bütün qohumlar həmin plovu səbirsizliklə gözləyirik. Kim o plovun sehrini görmək istəyirsə buyursun gəlsin”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?