Gundemxeber.az » Maqazin » İranlı model şallaq və həbs cəzası ilə hədələndi: Ölkəsini tərk etdi - FOTO
İranlı model Neqziya açıq-saçıq geyim markası üçün çəkilişə qatıldığına görə şallaq və həbs cəzasına məhkum ediləcəyi ilə hədələnib. Model ölkəsini tərk edib.
Neqziya Tehranda incəsənət adamları ilə əməkdaşlıq edib. Həmin sənətçilərdən birinin tutulması nəticəsində Neqziyanın yarıçılpaq şəkilləri polisin əlinə keçib və polis də istintaqa təqdim edib.
İranlı model öncə Türkiyəyə viza alıb, sonra Parisə yollanıb və burada yaşamağa qərar verib. O, başına gələnləri Parisdə yaşayan vəkil vasitəsilə sosial mediada yayımlayıb.
Mediada yayılmış məlumatlar Fransa daxili işlər nazirinin diqqətindən yayınmayıb və o, iranlı gənc modelin sığınacaq istəyinə təcili olaraq müsbət cavab verilməsi üçün aidiyyatı qurumlara müraciət ünvanlayıb.
Gundemxeber.az
18-11-2015, 16:13
30-07-2019, 15:14
11-06-2017, 12:19
6-08-2019, 13:31
16-05-2020, 21:21
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?