Gundemxeber.az » Maqazin » Şeron Stoundan Kim Kardaşyana: “Beyin əməliyyatı da kifayət etməz”
Hollivud ulduzu Şeron Stoun Kim Kardaşyanın “American Horror Story” serialının 12-ci mövsümündə baş rola çəkilməsini kəskin tənqid edib.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla bildirir ki, o, erməni modelin bədənini mükəmməlləşdirmək üçün elətdirdiyi müxtəlif əməliyyatlara işarə vuraraq, aktyorluq və istedad məsələsində bunun keçərli olmadığını, hətta “beyinə cərrahi müdaxilənin” də kömək etməyəcəyini deyib.
“Qızıl Qlobus” laureatı olan amerikalı ulduz öz peşəsində uğur qazanmaq üçün uzun illər təhsil aldığını xatırladıb.
“Bilirsiniz, aktyorluq... Bunun üçün beyin əməliyyatı da kifayət deyil, çünki biz sənətimizə çox dəyər veririk. Öyrəndik, əziyyət çəkdik, həqiqətən də, buna əhəmiyyət veririk. 10 min saat – bu az deyil”, - deyə Şeron Stoun əlavə edib
Qeyd edək ki, layihə bu yay ekranlara gələcək. Lakin aktyorluq təhsili və istedadı olmayan Kardaşyanın orada rol alması serialın fanatları və bir çox Hollivud ulduzu tərəfindən tənqidlə qarşılanıb.
GUNDEMXEBER.AZ
10-08-2013, 00:07
5-11-2020, 11:46
24-04-2018, 20:54
13-12-2014, 23:02
7-06-2018, 16:46
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?