Gundemxeber.az » Maqazin » “Məni boşasa da, gəlib sizi almayacaq”
Aktrisa Ülviyyə Xəlilbəyli dünənki açıqlamasını tənqid edənlərə cavab verib. Belə ki, o, "Zaurla Günaydın"da ailəsi ilə birlikdə qonaq olarkən etdiyi çıxış izləyicilərini qıcıqlandırıb.
GUNDEMXEBER.AZ xəbər verir ki, Ülviyyə ona ünvanlanan mesajlardan bu qənaətə gəldiyini açıqlayıb. Hətta mövzu barədə paylaşılan xəbərlərə mənfi rəy yazanlara haqqını halal etmədiyini vurğulayıb:
"Birincisi, haqqıma girən hər kəsi Allaha həvalə edirəm. İkincisi, "qınadığınızı yaşamadan ölməzsiz",- deyib Peyğəmbərimiz, amma mən istəyirəm ki, qınadığınızı siz yox, övladlarınız yaşasın. O, daha çox ağrılı olur, sizi daha çox yandırar. Onda bəlkə bilərsiz ki, bilmədən kiminsə qəlbini qırmaq, ürəyini sındırmaq necə bir hissdir. Ürəyimin bir tərəfində dediyim sözlərin peşmanlığını keçirsəmdə, amma deyirəm.
Sizə "xanım" deməyə dilim gəlmir. Ancaq sizə yaltaq deyə bilərəm. Və yaxud ara qarışdıran "çömçə" deyə bilərəm. Və onu da qeyd etmək istəyərdim ki, məni boşasa da, sizi gəlib almayacaq. İnanın səmimiyyətimə, hələ-hələ məndən sonra sizə heç baxmazlar. Ona görə bu qədər özünüzü düşürməyin, gözə girməyə çalışmayın. Zatən sizə fikir verən yoxdur. Yenə deyirəm, haqqımda bilib, bilmədən danışan hər kəsi Allaha həvalə edirəm"- deyə aktrisa bildirib.
Qeyd edək ki, aparıcı Zaur Baxşəliyevin "Həyatdakı Muradı, yoxsa səhnədəki Muradı çox sevirsən" sualına Murad "Həyatdakını sevir ki? Ülviyyədən səsimə qarşı sevgi görməmişəm", - deyə, cavab verib.
Ülviyyə isə "Səsini bəyənirəm. Sadəcə çox zil oxuyanda, deyirəm bu qədər zilə çıxma. Səhnədəkini sevirəm. Çünki həyatda çox çətin adamdır. Açıqlama itəmirəm özü çətin xüsusiyyətlərini desin",- sözlərini demişdi.
GUNDEMXEBER.AZ
7-01-2015, 00:31
19-07-2014, 13:57
10-12-2018, 13:44
21-08-2018, 00:35
16-01-2015, 20:42
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?