Gundemxeber.az » Maqazin » Məşhur türkiyəli sənətçi məhkəmə qarşısına çıxarıldı
Məşhur türkiyəli müğənni və aktyor Kutsi məhkəmə qarşısına çıxıb.
Buna səbəb onun İstanbulda 10 min Türkiyə lirəsinə kirayə götürdüyü evin bir neçə aylıq kirayəsini ödəməməsi olub. Ev sahibi borcu olan Kutsinin kirayə müqaviləsinə xitam verilməsini və onun evdən çıxarılmasını tələb edib.
Kutsi 2019-2021-ci illərdə “Benim adım melek” serialında birlikdə rol aldığı Sibel Ülkerlə ikinci dəfə ailə həyatı qurub. Daha sonra Sibel Ülker ailə məhkəməsinə müraciət edərək Kutsiyə qarşı boşanma iddiası qaldırıb. Kutsinin boşanma işi ilə bağlı məxfilik qərarı və həyat yoldaşı üçün isə uzaqlaşdırma qərarı verilib.
Kutsi evdən çıxdıqdan sonra həyat yoldaşı orada yaşamağa davam edib, lakin İstanbulun Maltepe səmtindəki evinin kirayəsini ödəmədiyi üçün ev sahibi tərəfindən məhkəməyə müraciət edilib.
Məhkəmədə ev sahibinin vəkili Kutsinin kirayə müqaviləsinə xitam verilməsini və evdən çıxarılmasını tələb edib. Bildirilib ki, Kutsi ödənişləri etmədiyi zaman da evdə yaşayıb, lakin həyat yoldaşı ilə mübahisə etdikdən sonra evi tərk edib, həyat yoldaşı isə yaşamağa davam edib.
İyunda başlayan məhkəmə prosesi dekabr ayına qədər təxirə salınıb.
Gundemxeber.az
12-08-2016, 23:58
16-01-2014, 13:13
1-08-2013, 12:31
6-01-2015, 10:28
4-10-2017, 12:42
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?