Gundemxeber.az » Maqazin » Konsertlərə bilet alarkən DİQQƏTLİ olun: Erməni hakerlərdən yeni fırıldaq
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən erməni haker qruplarının Azərbaycan vətəndaşlarına qarşı yeni fişinq hücumları müəyyən edilib.
Gundemxeber.az bildirir ki, bu barədə Oxu.Az-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin qruplar müxtəlif teatrlara və tamaşalara saxta bilet satışı həyata keçirən veb-saytlar hazırlayaraq, sosial mühəndislik yolu ilə vətəndaşları aldadaraq onlara məxsus bank kartı məlumatlarının ələ keçirilməsi və pul vəsaitlərinin mənimsənilməsi üçün yeni metoda əl atırlar.
“Vətəndaşları bu cür hallara qarşı ayıq-sayıq olmağa, biletləri yalnız rəsmi satış nöqtələrindən və rəsmi satış veb-saytlarından əldə etməyə çağırırıq”, - deyə məlumatda qeyd olunur.
Gundemxeber.az
15-10-2020, 20:25
4-12-2018, 22:07
4-12-2018, 22:08
1-04-2020, 12:51
3-10-2020, 14:53
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?