"Cırtdanların qisası" və "U.N.C.L.E. agentləri" filmlərinin ulduzu. 37 yaşlı Hollivud aktyoru Armi Hammer qazaxıstanlı qızla nişanlanıb.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, 2021-ci ildə Armi Hammer zorlamada ittiham olunub.
Qızlarla yazışmaları dərc edildikdən sonra o, gəlirli müqavilələrini itirib, boşanmağa və Hollivudu tərk etməyə məcbur olub. Armi ABŞ-ı tərk edərək Kayman adalarında yaşamağa başlayıb.
Daily Mail yazır ki, o, indi qazaxıstanlı Marina Qris adlı bir qızla nişanlanıb. Qris informasiya texnologiyaları üzrə məsləhətçi işləyir və 26 yaşı var, hazırda Praqada yaşayır. Armi onunla keçən yay, keçmiş həyat yoldaşı Elizabetdən boşandıqdan dörd ay sonra tanış olub.
Marina Qrisin barmağına böyük nişan üzüyü taxdığı görülüb. Mənbələr deyir ki, o, aktyor haqqında dostlarına danışıb və hətta onu “əri” adlandırıb.
37 yaşlı aktyor boşanmaq üçün ərizə verdikdən təxminən üç il sonra, keçən ilin iyununda Elizabetdən rəsmən ayrılıb. Bu, onun bir sıra cinsi təcavüz və adamyeyənlik iddiaları ilə üzləşdiyi ilin kulminasiya nöqtəsi olub.
Marina və Armi Romada görüşüblər və daha sonra dəbdəbəli 5 ulduzlu oteldə vaxt keçiriblər.
Armand Duqlas Hammer Occidental Petroleum və Arm & Hammer şirkətlərinin sahibi olan çox varlı bir ailədəndir. Keçmiş sevgilisi 26 yaşlı Effi Angelova onu "vəhşicəsinə" zorlamada və zorakılıqda ittiham etdikdən sonra o, 2021-ci ilin fevral ayından cinsi təcavüz şübhəsi ilə istintaq altında olub.
Onun qızlara göndərdiyi adamyeyənlik eyhamları ilə dolu mesajları dərc olunub.
Hammer vəkili vasitəsilə zorlama iddialarını rədd edib və bütün cinsi əlaqələrinin "tamamilə razılıq əsasında, əvvəlcədən müzakirə edilmiş və razılaşdırılmış və qarşılıqlı iştirak əsasında" olduğunu söyləyib.
Aktyor daha sonra Kayman adalarında intihara cəhd etdiyini bildirib. O, nalayiq hərəkət etdiyini etiraf edib və deyib ki, 13 yaşında olarkən gənc bir pastor tərəfindən zorlandıqdan sonra psixi travma alıb.
Hazırda Armi Kammerə qarşı ittihamlar götürülüb və o, indi kino karyerasını davam etdirmək üçün cəhdlər edir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?